
Meta, TikTok, Google Search və YouTube Ads kampaniyalarında 23,1 K büdcəni uğurla idarə edərək müxtəlif sektorlar üçün performans yönümlü ödənişli reklamlar yaratmışam.
Restoran, təhsil, səyahət, logistika, mebel və idman sektorları da daxil olmaqla, 28 şirkətlə uğurla əməkdaşlıq etmişəm.
Rəqəmsal marketinq meneceri kimi 1 il 3 aylıq agentlik təcrübəm var. Bu müddətdə əsasən SEO, SEM, SMM, analitika və CMS idarəçiliyi ilə məşğul olmuşam. Fərqli sektorlar üzrə yerli və qlobal layihələrdə iştirak etmiş, Google Analytics dərsliyini hazırlamış və Rəqəmsal Marketinq lüğətinin 2-ci və 3-cü nəşrlərinin həmmüəllifi olmuşam.